Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər  4 nömrəli Uşaq Musiqi Məktəbində Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib

18.09.2023

18.09.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbində Milli Musiqi Günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd edilib ki, Üzeyir Hacıbəylinin mirasına hörmət olaraq 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir.

Tədbirdə məktəbin xalq çalğı alətləri və fortepiano şöbəsinin şagird və müəllimləri ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdib, daha sonra dahi bəstəkarın əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim olunub.

 

107.6 KB

 

118.4 KB